KANAL24.AZ
Az Iw En Ru

Çaylarda suyun səviyyəsi artdı

Yağan güclü yağış nəticəsində Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən keçən Vəlvələçay çayında suyun səviyyəsində kəskin artım müşahidə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, hazırda Kiçik Qafqazın çaylarında sululuq ongünlük normanın 30-90, Lənkəran-Astara bölgəsi çaylarında 20-60 və Naxçıvan MR çaylarında isə 110 faizini təşkil edir.

Sentyabrın 8-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 48 m3/s olmaqla, ongünlük normanın 39 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 140 m3/s olmaqla, ongünlük normanın 115 faizini təşkil edib. 

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 10 m3/s olmaqla, ongünlük normanın 14 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 38 m3/s təşkil edərək, ongünlük normanın 52 faizinə bərabər olub.

Sentyabrın 8-də Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 12, Bankədə 40, Araz çayının Novruzlu məntəqəsində 5 sm artım, Şirvanda 2, Salyanda 5 sm azalma qeydə alınıb. 

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 328 sm (2016-cı il sentyabrın 8-də 450 sm), Şirvanda 173 sm, Salyanda 109 sm (2016-cı il sentyabrın 8-də 260 sm), Bankədə 207 sm (2016-cı il sentyabrın 8-də 212 sm), Araz çayının Novruzlu məntəqəsində isə 50 sm (2016-cı il sentyabrın 8-də 162 sm) təşkil edir.


21:10 08.09.2017
Xəbər lenti
Bütün xəbərlər