KANAL24.AZ
Az Iw En Ru

2 milyon hacı Allaha yalvardı

Dünyanın ən müxtəlif yerlərindən gəlmiş 2 milyondan artıq müsəlman bu gün Səudiyyə Ərəbistanın Məkkə şəhərində Qurban bayramını qeyd edəcəklər.

Onlar dünən Məkkə yaxınlığındakı Ərəfat dağını ziyarət ediblər.

Ərəfat dağı Məkkənin şərqində, Məkkəyə təxminən 25 km. uzaqlıqda olan, hacıların Qurban Bayramının ərəfə günü toplandıqları yerdir. Həccin fərzlərindən biri olan "Ərafat Vakfesi" burada edilər. (Bakara, 2/198) Peyğəmbərimiz (s.ə.s.) "Həcc Ərafatdır" buyuraraq, Ərafat Vakfesinin əhəmiyyətini ifadə edib.

Ərafat dağı Hz. Məhəmməd Peyğəmbərin (s.a.s) ərəfə vəqfəsini etdiyi Cəbəl-i Rəhmə (Rəhmət Təpəsi), Hz.Adəm və Hz.Həvvanın cənnəttən endikdən sonra dünyada ilk dəfə görüşdükləri yer olaraq bilinir.

Axşam azanına qədər Ərəfatda dayanacaq zəvvarlar daha sonra Müzdəlifə çölünə yollanacaqlar. Gecəni burada qalaraq şeytana atmaq üçün daş toplayacaqlar.

Ərəfat dağı Məkkənin 21 kilometr cənub-şərqində olan Harəm sərhədləri xaricində qalan ovalıq görünümlü bir yerdir. 454 metr hündürlüyündəki dağ Adəm və Həvvanın cənnətdən qovulduqdan sonra görüşdükləri yer olaraq bilinir.

 

Həcc ziyarətinin qaydasına görə, zilhiccə ayının 9-da zəvvarlar dağın ətrafındakı Ərəfat çölündə gün doğandan şam azanına qədər qalmalıdır.

Zəvvarlar rəcc əsnasında Ərafatdan dönüşdə Müzdelifedə vəqfə edilər.

Ərəfat dağında və Məkkədə builki həcc zamanı təhlükəsizliyi Səudiyyə Ərəbistanının 100 min polisi və hərbçisi təmin edirlər.


17:56 01.09.2017