KANAL24.AZ
Az Iw En Ru

Birinci Avropa Oyunlarının məşəli Neft daşlarına gətirildi

Avropa Oyunlarının məşəli bölgələrdə səyahətini başa vurduqdan sonra dünyada dənizdə ilk neft platforması olan Neft daşlarına aparılıb. 

Kanal24-ün məlumatına görə, İlk Avropa Oyunlarının məşəli helikopterlə Bakının Pirallahı rayonunun ərazisində yerləşən və dünyada ilk neft platforması olan Neft daşlarına gətirilib.

Oyunların məşəlini əməkdar neftçi, Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə qəbul edib, Neft daşları qəsəbəsini dolaşaraq burada qurulmuş səhnəyə gətirilib.

Sonra əməkdar neftçi Xoşbəxt Yusifzadə məşəli alovlandırıb.


19:46 08.06.2015