KANAL24.AZ
Az Iw En Ru

Ukraynadan daha 120 mühacir İsrailə üz tutdu

Çərşənbə axşamı Ukraynadan İsrailə 120 mühacir gətirilib.Onlarda 40 nəfəri yeni tədris ilində İsrail tədris sistemilə məktəbə gedəcək uşaqlardır.9 uşaq 2 həftədən sonra birinci sinifə gedəcək. Mühacirlər Dostluq fondunun yardımı ilə İsrailə gətiriliblər.

Yeni gələnlər Yerüssəlim,Hayfa,Netaniya,Aşdod,Aşkelon və Naqariyada məskunlaşıblar.Köçən ailələrdən ikisi Doneçkdə döyüş zonasında yaşayırmış. Dostluq fondu artıq 25 ildir ki bu yardım sahəsində fəaliyyət göstərir.Bu vaxta qədər fond İsrailə dünyanın hər yerindən 730000 mühacir köçürüb.2014-cü ildən fond bu sahədə müstəqil şəkildə fəaliyyətə başlayıb.O vaxtdan indiyı kimi Ukraynadan 4879 nəfər olmaqla,19 müxtəlif ölkədən ümumilikdə 7400 mühacir təslim edib.İsrailin yeni vətəndaşlarının ilkin vaxtlarda iqtisadi vəziyyətlərinin çətinliyini nəzərə alaraq ,fond hər vətəndaşa 800,hər uşaöa isə 400 dollar aylıq yardım ayırır.Bundan əlavə ilk yarım il ərzində Fond mühacirlərin yaşayışlarını nəzarətdə saxlayır.Dostluq fondunun prezidenti Ravvin Yehiel Ekşteyn bildirib :"Biz bu gün onlarla ailəni qəbul etdiyimiz üçün çox sevinirik.Bu çox məsuliyyətli vəzifədir.Bu bizim son işimiz deyil biz məmnuniyyətlə işimizi davam etdirəciyik.Bizdən yardım gözləyən çox ailələr vardır.Lakin biz tədris ilinə görə məktəbli uşaüları olan ailələri köçürməyə üstünlük verdik.Biz vəzifəmizi yerinə yetirməkdən zövq alırıq."


14:05 24.08.2017
Xəbər lenti
Bütün xəbərlər