KANAL24.AZ
Az Iw En Ru

Moskvada İsrail kino Festivalı keçiriləcək

Sentyabrın 2-dən 17-nə kimi Moskvanın "Pioner" kinoteatrında 16-cı İsrail kino Festivalı keçiriləcək. Təşkilatçılar qeyd edirlər ki,Festivalın proqramını xalqın milli keçmişi ,ailə dəyərlərinə dayanan həyat ,müharibə və sülh haqqında mövzular təşkil edəcək.

Festivalın açılışı Sokolniki parkındakı "Pioner" kinotetrında, İsrail kinoakademiyasının 11 nominasiyası ilə təltif olunmuş ,baş rolda Moris Koenin iştirak etdiyi ,Meni Yaişin rejissorluğu ilə "Vışibala" filmi ilə başlayacaq.Sonrakı göstərişlər isə Kutuzovdakı "Pioner"-də keçiriləcək.Festivalın bağlanışı 17 sentyabrda rejissor Emil Ben Şimonun təqdimatında"Qadın balkonu" olacaq. Festivalın ən başlıca hadisələrindən biri, Berlinal-2017 proqramına daxil edilmiş ,Rafi Bukayın "Avanti popolo"(1986) dramının restavrasiya olunmuş versiyası olacaq.Eləcə də ,proqramda ən son hit filmlərdən sayılan Matana Yairanın bu il Kann festivalında təqdimatı olmuş "Lesa"filmi olacaq .


13:58 24.08.2017