KANAL24.AZ
Az Iw En Ru

Kəlbəcərli girovlarla bağlı BMT-yə müraciət edildi

 İsrail-Azərbaycan Gənclərinin Həmrəylik və Qardaşlıq Klubunun İcra Orqanı olan "Sanctus Vero" mənsubları Samir Zeynalov və Murad Ağamiyevin birgə təşəbbüsü ilə BMT-in Bakı ofisinə və BMT-in Baş Qərargahına 3 ildir girovluqda saxlanılan soydaşlarımız Dilqəm Əsgərovun və Şahbaz Quliyevin şərtsiz azad olunması ilə bağlı müraciət ünvanlanıb.

Newscenter.az-a adı çəkilən təşkilatdan daxil olan müraciətdə deyilir: Hörmətli Sülhün və Bəşəri Təhlükəsizliyin Təmini Uğurunda Məsul Olan Ali dəyər Sahibləri! Müraciətimiz ərazi bütövlüyü pozulmuş Azərbaycandan, qondarma rejim tərəfindən uzun müddətdir təcavüzkar qeyri-insani fiziki təhdidlərə məruz qalan mübariz Azərbaycan xalqının gənc mənsubları tərəfindən diqqətinizə çatdırılmaqdadır. Nəzərinizə ilk öncə təmsil etdiyimiz təşkilatın məqsədini çatdırmaqla ifadə etmək istəyirik ki, biz- İsrail-Azərbaycan Gənclərinin Həmrəylik və Qardaşlıq Klubu olaraq "Dünyada Sülhün və Yaşam Nizamının Bərqərarı və Əbədi Gerçəkliyi" uğrunda könüllü fərdlərin iştirakçılığı ilə təşkiatlanmağa qərar vermişik. Heç şübhəsiz ilkin məqsədimiz dünyada sülhün təminatı üçün təhdid ehtiva edən Ermənistan Respublikasının özünün müdafiə etdiyi təcavüzkar siyasətin beynəlxalq səviyyədə hüquqi qiymət alması uğurunda çalışmaq və ərazi bütövlüyümüzün təmin olunması istiqamətində praktiki fəaliyyət həyata keçirməkdir. Bu fəaliyyət çalışqanlığın hazırkı məğzini isə 3 ildən çoxdur ki, Ermənistanın dəstəklədiyi Qondarma Dağlıq Qarabağ Respublikasının qanunsuz məhkəməsinin mühakimə etdiyi Dilqəm Əsgərovun və Şahbaz Quliyevin ədalətsiz aqibəti təşkil edir. Tərəfinizdən Ermənistanın Azərbaycan torpaqlarını soyqırım hərəkətləri ilə səciyyələnən işğalı nəticəsində qəbul edilmiş 4 mühüm qətnaməyə 24 ildir ki, laqeyid yanaşan işğalçı rejimin bu insan hüquq və azadlıqlarını məhdudlaşdıran növbəti anarxik hərəkətinə qarşı biganə yanaşmaq və yaxud bu biganəliyi ortaya qoymağa məhkum olmaq nə qədər ədalət prinsipləri çərçivəsində ağlabatan ola bilər anlamaq mümkün deyil. Qeyd etmək lazımdır ki, Dağlıq Qarabağ və girovluqda saxlanılan kəlbəcərli soydaşlarımızın həsrətə dözməyərək ziyarət etdiyi doğma yurdumuz Kəlbəcər Azərbaycanın ayrılmaz tərkib hissələrdir. Belə olan halda qondarma rejimin həbs etdiyi soydaşlarımıza qarşı sərhəd pozuculuğu iddiası huquq çərçivəsində pozitiv dəyərləndirilə bilərmi... Belə bir haqsızlıqlara, belə bir özbaşınalıq xronikasına dözmək məcburiyyətində olmadığımızı bəyan edərək sülhsevər Azərbaycan xalqının vətənpərvər nümayəndələri Dilqəm Əsgərovun və Şahbaz Quliyevin 3 ildir ki, beynəlxalq ictimaiyyətin sükutu içərisində düçar olduğu haqsızlıqlara şiddətlə öz etirazımızı bildirir, qondarma rejimin bu siyasətə son qoyması istiqamətində sülhsevərliyimizi rəhbər tutaraq əməli fəaliyyətinizi ortaya qoymağı vacib hesab edirik. Dilqəm Əgərov və Şahbaz Quliyev doğulduqları Kəlbəcər rayonunun doğma mənsubları olaraq öz torpaqlarını ziyarət etməkdə haqsız olmadıqları müzakirə mövzusu belə ola bilməz. Bu durumun qondarma rejimin lehinə heç bir addekvat izahı yoxdur. Üç ildən çoxdur ki, ailəsini görməkdən məhrum olan Dilqəm və Şahbaza qarşı ermənilər tərəfindən hər cür fiziki və mənəvi işgəncələr tətbiq edilməklə dünya ictimaiyyətinin düşüncə gözü qarşısında ağlasığmaz insan hüquqsuzluğu gerçəkləşir. Nasistlər tərəfindən belə əsirlərə qarşı görülməmiş qeyri-insani hərəkətləri tətbiq edən erməni hərbi rejiminin mənsublarına qarşı beynəlxalq hüququn sanksiyalarını tətbiq etmək çoxdan gecikən qlobal ehtiyyac fenomenidir. Şahbaz və Dilqəmin azadlıqlarının qeyri-qanuni olaraq məhdudlaşdırılması, Azərbaycan torpaqlarında əsir alınmalarının gerçəkləşməsi Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilən növbəti düşmənçilk faktorunun dözülməz mənzəsidir. Bu nəticəyə məhkum olan Dilqəm və Şahbaz 3 ildir ki, doğma Azərbaycan torpaqlarında qeyri-qanuni olaraq həbsdə saxlanılır. Lakin hörmətli təşkilat mənsubları, heç şübhəsiz ən çox biz və nə də siz bu qeyri-qanuni durumun sabitliyinə məhkum deyilik. Beynəlxalq miqyasda imtiyaz sahibi olaraq dominatlıq statusuna sahibi Birləşmiş Millətlər Təşkilatı Qondarma Dağlıq Qarabağ Rejiminin bu qanunsuz hərəkətliliyinə son vermək iqtidarına sahibdir. Məhz biz bu amili nəzərə alaraq sizlərdən girovluqda saxlanılan, qeyri-qanuni olaraq azadlıqdan məhrum edilən soydaşlarımızın dərhal azad olunaraq Azərbaycana təhvil verilməsi istiqamətində əməli fəaliyyət göstərməyinizi təkidlə xahiş edirik. Dünyada Sülhün və Yaşam Nizamının Bərqərarı və Əbədi Gerçəkliyi Uğurunda. Hörmətlə: İsrail-Azərbaycan Gənclərinin Həmrəylik və Qardaşlıq Klubu.

Kəlbəcərli girovlarla bağlı BMT-yə müraciət edildi

06:19 24.08.2017