KANAL24.AZ
Az Iw En Ru

5 mərtəbəli binada yanğın: 3 nəfər xilas edildi - VİDEO - FOTO

Cəlilabad rayonunda 5 mərtəbəli yaşayış binanın ikinci mərtəbəsində yanğın olub.

Kanal24 ARB TV-yə istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Azərbaycan küçəsində Famiz Vəli oğlu Vəliyevə məxsus mənzildə qeydə alınıb.

Yanğın üç otaqlı evin otaqlarından birində başlayıb. Mənzildə kimsə olmadığından hadisədən ilk olaraq qonşular xəbər tutub və yanğınsöndürənlərə xəbər veriblər. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb. Ümumilikdə 12 kvadratmetrdən ibarət otaqlardan biri yanaraq yararsız hala düşüb.

Binanın yuxarı mərtəbələrinə tüstü dolduğundan köməksiz vəziyyətdə qalan üç nəfər yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. 

 

Yanğının başvermə səbəbləri araşdırılır.


5 mərtəbəli binada yanğın: 3 nəfər xilas edildi - VİDEO - FOTO


03:44 23.08.2017