KANAL24.AZ
Az Iw En Ru

Sümükləri bərkidən, xərçəngdən qoruyan vitamin bu qidalarda var - SİYAHI

İnsan orqanizmi üçün ən əhəmiyyətli vitaminlərdən biri də D vitaminidir. D vitamininin əsas qaynağı isə günəşdir.

Ancaq günəşə çıxma şansı az olanlar yedikləri qidalarla da bu ehtiyaclarını qarşılaya bilərlər. D vitamininin vəzifəsi, sümük yaranması üçün lazımlı olan maddələrin kalsium və fosforun bağırsaqlardan sorulmasını təmin etməkdir. Ciddi qaraciyər və böyrək xəstəliklərində D vitaminin olmaması böyük problemlər yaradır.

1. Qızıl balıq

2. Sazan balığı

3. Yumurta sarısı

4. İlbiz

5. Süd

6. Taxıl

7. Qatıq

8. Portağal suyu

9. Yemiş

10. Soğan

11. Limon

12. Çiyələk

13. Cəfəri

14. Qulançar

D vitamini çatışmazlığı ürək xəstəliklərindən tutmuş allergiyaya, maddələr mübadiləsinin pozulmasından xərçəngə qədər bir çox xəstəliklərə səbəb olur.

D vitaminin bədəndəki funksiyaları

- Nazik bağırsaqlardan kalsium və fosforun sorulmasını təşkil edərək sümük böyüməsi, sərtləşməsi və bərpasını təmin edir.

- Bakteriyaları öldürən zülal hüceyrələrinin çoxalmasına dəstək verir.

- Böyrək xəstəliklərində aşağı qan kalsiumu səviyyəsini nizamlayır.

- Əməliyyat sonrası əzələ sıxılmalarının qarşısını alır.

- Kalsiumla birlikdə sümük inkişafına dəstək olur.

- Azyaşlılarda və uşaqlarda sümük və dişlərin normal inkişaf və böyüməsini təmin edir.


22:23 22.08.2017