KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan FHN-in helikopteri Gürcüstandakı meşə yanğınlarının söndürülməsində iştirak edir

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) helikopteri Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsinə cəlb olunub.

Kanal24 xəbər verir ki, nazirliyin Aviasiya dəstəsinə məxsus helikopter yanğınların söndürülməsində yaxından iştirak edir.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi (FHN) Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə avqustun 21-də helikopter göndərib.

N.O.


17:27 22.08.2017
Xəbər lenti
Bütün xəbərlər