KANAL24.AZ
Az Iw En Ru

Türkiyə hərbçiləri İraqın şimalında terrorçuları zərərsizləşdirdi

Türkiyənin Hərbi Hava Qüvvələri İraqın şimalında Zap və Diyarbəkirin cənub-şərqində Kulp rayonları ərazisində terrorçuların mövqelərinə zərbələr endirib.

Bu barədə Türkiyə Hərbi Qüvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, İraqın şimalında 3 terrorçu zərərsizləşdirilib. Həmçinin terrorçuların 3 sığınacağı dağıdılıb.

Diyarbəkirdə terrorçuların mövqeyinə zərbələr pilotsuz uçuş aparatları ilə endirilib. Nəticədə 1 terrorçu məhv edilib. Onun yanında “Kalaşnikov” avtomatı, 10 dolu daraq və 4 əl qumbarası müəyyən edilib.


17:15 22.08.2017