KANAL24.AZ
Az Iw En Ru

İsrail polisi yeni helikopterlərlə təchiz olundu

İsrail polisinə avqustun 21-də Airbus şirkəti tərəfindən, terrorla və yol cinayətlərilə mübarizə üçün nəzərdə tutulmuş 4 tək mühərrikli yeni H-125 helikopteri verilib. Əldə olan məlumata görə yaxın zamanlarda iki mühərrikli H-145 modelli daha 2 helikopter gətiriləcək.

Bu iki model öz texnikası ilə , sürəti,manevrləri və istənilən hava şəraitində fəaliyyət göstərmə xüsusiyyətilə seçilir.Ən müasir rabitə vasitələrilə təmin olunan helikopter, şəxsi heyət və əməliyyatda istifadə üçün yük daşımaq üçün nəzərdə tutulub. Helikopterlərin təqdimatı üçün xüsusi tədbir keçirilib.Tədbirdə Daxili Təhlükəsizlik naziri Gilad Erdan ,Polis rəisi Roni Alşeyh və Airbus şirkəti rəhbərliyi və digər yüksək vəzifəli şəxslər iştirak ediblər.


13:56 22.08.2017
Xəbər lenti
Bütün xəbərlər