KANAL24.AZ
Az Iw En Ru

İsrail Argentina ilə saziş imzaladı

İsrail və Argentina 57 il sonra Təl-Əviv-Buenos Ayres arasında aviareyslər sazişi imzalayıb."Jerusalem Post"un verdiyi məlumata görə ,"El-Al"uçuşlarına gələn ay başlayacaq və çox güman ki,ilk uçuşu baş nazir Nitanyahunun sentyabrın 12-13-nə təyin olunmuş Argentinaya səfəri zamanı olacaq.

Uçuşlar Madrid və Barselonada enişlərlə baş tutacaq. "El-Al"təyyarəsinin Buenos Ayresə sonuncu uçuşu 1960-cı ildə olub. 1960 -cı il mayın 19-da Abbas Evanın rəhbərliyilə İsrailin xüsusi nümayəndə heyəti Argentinanın 150 illiyini qeyd etmək üçün gedib.Bu missiyanın rəsmi hissəsi idi,qeyri -rəsmi hissəsi isə ,növbəti gün 9 gün əsirlikdə qalan Adolf Eyhmanı "El-Al" şirkətinin işçi paltarını geyindirərək Argentinadan çıxarmaq olub.Mayın 22 -də təyyarə İsrailə enib. 1961-ci ildə Eyhman məhkum edilir və 1962-ci ildə edam edilir.Onun cəsədi yandırılaraq külü Aralıq dənizinə səpilib.


14:09 22.08.2017