KANAL24.AZ
Az Iw En Ru

Birinci xanım ərinin qüsurundan danışdı-

Fransanın birinci ledisi Bricit Makron ELLE nəşrinin fransız versiyasına müsahibə verib və jurnalın üz qabığında şəkilləri yayımlanıb. Bu birmənalı addım deyil, axı 64 yaşlı Bricit bu yaxınlarda bir qalmaqalın lap ortasında idi. Qalmaqal madam Makronun rəsmi “birinci ledi” statusunun qazanması, dövlət təminatı, xüsusi mövqe və başqa fəxri imtiyazları ilə bağlı idi. Bu fransız vergi ödəyicilərin xoşuna gəlməmişdi, axı seçkiqabağı yarışmada Emmanuel Makron söz vermişdi ki, xanımı bu gündən sonra ictimai əsaslarla vətən naminə çalışacaq. Elə buna görə də prezidentin həyat yoldaşının dövlət büdcəsindən təminatının ləğvi haqqında qanunvericilik orqanına müraciət-petitsiya göndərilmişdi.
 
Jurnalın içində madam Makronla geniş müsahibə verilib. Müsahibədə Bricit özünün birinci xanım kimi yeni roluna olan münasibətini və əlbəttə ki, əri ilə əlaqələri barədə doğru olanları danışıb, hətta ərinin çatışmazlıqlarından da. Xanım Bricitin fikrinə görə ərinin bircə eybi var:
 
-“ Onun yeganə qüsuru odur ki, məndən balacadır. Bizimlə bağlı fövqəladə şeylərin baş verməsinə adət etmişəm. Hər dəfə özümdən soruçuram, növbəti macəra hansı olacaq. Bu artıq 20 ildir ki belədir”.
O ki, qaldı, onun rəsmi vəzifəsinə- artıq məlumdur ki, buna görə ona maaş verilməyəcək. Madam Makron davam edir: “ Mənim gündəlik iş bölgümün cədvəli rəsmi saytda yerləşdiriləcək və Fransa vətəndaşlarının  xəbəri olacaq ki, mən nə edirəm. Əsas odur ki, hər şey şəffaf olacaq. Mənim fəaliyyətim iştimai faydalı xarakter daşıyacaq və fransızlar bundan ötrü mənə nə lazım olduğunu biləcəklər” .
 
Bundan sonra birinci ledi əri ilə əlaqələri barədə daha ətraflı məlumatlar verib:
 
“ Bizim əlaqələr haqqında yazanda , mənə elə gəlir ki, başqası haqqında oxuyuram. Bizim tariximizsə çox sadədir”- Bricit etiraf edib. Cütlük tanış olanda Emmanuelin 15, Bricitin isə 40 yaşı varmış.Üç ildən sonra aralarında roman başlayıb və bu səbəbdən Bricit ərindən boşanıb.
 
“ Mən bu addımı atmasaydım, mənim həyatım mənim yanımdan ötüb keçəcək idi.”
 
Prezident seçkilərinin ilk turundan sonra  Fransada çoxları Makronun qələbəsini proqnozlaşdırırdı. Bricit özü isə bu proqnozlarda çox səliqəli idi: “ Mən heç vaxt inanmırdım ki,  bu iş baş tutacaq. Mən hesab edirəm ki, hadisələrə yalnız o vaxt sevinmək lazımdır ki, o həqiqətən baş verir” 
 
Fransanın parlaq şəxsləri ilə söhbət zamanı madam Makron feminizm mövzusuna da toxunub və zaman haqqında öz duyduqlarını bölüşüb:
 
“ Mənə elə gəlir ki, XXI əsr qadınların əsri olacaq. Bu o deməkdir ki, qadınlar dünyaya yanaşmalarını tapa biləcəklər”
 
 
 
 
 
 

01:10 22.08.2017
Xəbər lenti
Bütün xəbərlər