KANAL24.AZ
Az Iw En Ru

Qonşusunun qanını tökdü - Yaralı komadadır - VİDEO - FOTO

Şamaxıda bıçaqlanma hadisəsi baş verib.

Kanal24 ARB Şəki-yə istinadla xəbər verir ki, ilkin məlumata görə Şəhriyar qəsəbə sakini 35 yaşlı Anar Qarayev aralarında baş verən dava zamanı qonşusu, 39 yaşlı Laçın Xeyrullayevi bıçaqlayıb. Laçın Xeyrullayev döş qəfəsi və qarın boşluğunun kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilərək əməliyyat olunub. Vəziyyəti ağır qiymətləndirilir. Anar Qarayev şübhəli şəxs qismində saxlanılıb. Hadisənin qısqanclıq zəminində törədildiyi ehtimal edilir.

Alı Əsədov (Zərərçəkənin qohumu): "1 bıçaq zərbəsi vurub. Hələ məlum deyil ki, nə üçün vurub. Uşaq komadadır. Həmin bıçağı vurduqdan sonra avtomobilinin 4 şinini də həmin bıçaqla partladıb ki, ilkin tibbi yardıma gedə bilməsin, yardım olunmasın. Məqsəd yəqin ki, öldürmək olub. Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 


Qonşusunun qanını tökdü - Yaralı komadadır


00:56 22.08.2017