KANAL24.AZ
Az Iw En Ru

Kənd təsərrüfatı naziri vətəndaşları qəbul edəcək

Kənd təsərrüfatı naziri Heydər Əsədov avqustun 25-də Şəmkir rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa, Qazax rayonlarının sakinləri ilə görüşəcək.

Kanal24 nazirliyə istinadən xəbər verir ki, görüşdə iştirak etmək istəyənlər Kənd Təsərrüfatı Nazirliyinə (012) 493 51 64, (050) 352 06 27) və Şəmkir rayon Kənd Təsərrüfatı İdarəsinə (050) 364 44 80) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzi (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.


21:53 21.08.2017
Xəbər lenti
Bütün xəbərlər