KANAL24.AZ
Az Iw En Ru

Bakı sakinini şantaj edərək pul alan şəxs həbs olundu

Bakı şəhər sakinindən şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyib 3600 manat pul alan şəxs saxlanılıb.

Kanal24 xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, avqustun 14-də Yasamal rayonu ərazisində Abşeron rayon sakini Elnur Musayev Bakı şəhər sakini Elgün Əhmədovu (ad şərtidir) şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyib 3600 manat pulunu alıb.

Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə E.Musayev saxlanılıb.


20:59 21.08.2017