KANAL24.AZ
Az Iw En Ru

Çinin Anhoy bölgəsində 2,5 milyon insan təbii fəlakətdən əziyyət çəkir

Çinin Anhoy bölgəsində 2,5 milyon insan təbii fəlakətlərdən əziyyət çəkir.

Çinin dövlət qurumları bölgədə baş verən fırtına, quraqlıq və daşqın kimi təbii fəlakətlərin 285 min hektar ərazidə 2 milyon 485 min insana mənfi təsir etməsi barədə məlumat yayıb.

İl ərzində 13 kənddə və 52 şəhərdə 186 binanı dağıdan, 4 mindən çox binaya zərər vuran təbii fəlakətlər nəticəsində 20 min insan evlərindən didərgin düşüb.

Təbii fəlakətlər bölgəyə təxminən 259 milyon 290 min dollar ziyan vurub.


20:56 21.08.2017