KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanlı futbolçu azarkeşlərdən üzr istədi

Moskvanın “Spartak” futbol klubunun yarımmüdafiəçisi, azərbaycanlı Aleksandr Səmədov dünən Rusiya premyer-liqası çərçivəsində “Lokomotiv”ə qarşı oyunda qırmızı vərəqə aldığı üçün azarkeşlərdən üzr istəyib.

Özünün “İnstagram” səhifəsində Səmədov üzxahlıq yazıb. O, qeyd edib ki, azarkeşlərin ümid və inamını doğrultmağa çalışacaq.

Aleksandr Səmədov daha öncə “Lokomotiv”in aparıcı oyunçusu olub. Sonuncu qarşılaşmada Səmədovun əvvəlki komandası 4:3 hesabı ilə qalib gəlib.

 

02:55 21.08.2017
Xəbər lenti
Bütün xəbərlər