KANAL24.AZ
Az Iw En Ru

“Dihaj” qrupu Heydər Əliyev Mərkəzinin parkında konsert verdi – FOTO

Avqustun 19-da Heydər Əliyev Mərkəzinin parkında “Dihaj” qrupunun konserti keçirilib.

Qrup tamaşaçılara yeni albomundan mahnılar təqdim edib. “Dihaj”ın özünəməxsus, maraqlı ifası alqışlarla qarşılanıb.

Sonda qrupun solisti Diana Hacıyeva tamaşaçıların istəyi ilə sevilən “Gecələr” mahnısını ifa edib.

Növbəti tədbirlər barədə məlumatları Mərkəzin Facebook və Instagram (@heydaraliyevcenter) səhifələrindən izləyə bilərsiniz.

Mərkəzin parkındakı həftəsonu tədbirlərinə giriş sərbəstdir.

 


20:43 20.08.2017
Xəbər lenti
Bütün xəbərlər