KANAL24.AZ
Az Iw En Ru

Tiflisin "Dinamo"su Qəbələyə gəldi

“Qəbələ” Futbol Akademiyasının komandaları Gürcüstanın “Dinamo” (Tiflis) klubu ilə yoldaşlıq oyunları keçirəcək.

Qonşu ölkə təmsilçisinin iki komandası bu məqsədlə Qəbələyə gəlib. Bu, “Qəbələ” və “Dinamo” arasında qarşılıqlı razılıq əsasında gerçəkləşib.

Anlaşmaya uyğun olaraq, ilk matçlar Qəbələ şəhər stadionunda keçiriləcək. Avqustun 21-də U-13, avqustun 23-də isə U-15 komandaları qarşılaşacaq. Görüşləri AFFA-nın təyin etdiyi hakimlər briqadası idarə edəcək.

Bir neçə aydan sonra isə “Qəbələ” digər iki yaş qrupu üzrə komandası Tiflisə səfərə yollanacaq və “Dinamo”dan olan həmyaşıdları ilə üz-üzə gələcək.


23:54 19.08.2017