KANAL24.AZ
Az Iw En Ru

Milli Qəhrəman C.Niftəliyevin xatirəsinə həsr olunmuş məhəllələrarası mini-futbol turniri təşkil olunub

Lökbatan qəsəbəsində yerləşən Təlim–İdman Bazasında Azərbaycan Respublikasının Milli Qəhrəmanı C.Niftəliyevin xatirəsinə həsr olunmuş Qaradağ rayonu üzrə məhəllələrarası mini-futbol turniri keçirilib.

Yarışda birinci yeri “Sahil”, ikinci pilləni “Qobustan”, üçüncü yeri isə “Ələt” komandası tutub.

Turnirin rəsmi bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri Adil Ağayev çıxış edərək futbolun inkişafında, xüsusilə uşaqlar arasında keçirilən məhəllələrarası mini-futbol turnirinin böyük rol oynadığını bildirib.

Tədbirin sonunda mükafatçılara Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom, medallar və kubokla təltif olunub.


20:01 19.08.2017