KANAL24.AZ
Az Iw En Ru

Sumqayıtda kikboksinq üzrə turnir keçiriləcək

Sumqayıtda Heydər Əliyevin xatirəsinə həsr olunan kikboksinq (K-1 stil) üzrə peşəkarlararası beynəlxalq turnir keçiriləcək.

Yarış Gənclər və İdman Nazirliyinin, Azərbaycan Kikboksinq Federasiyasının təşkilatçılığı ilə avqustun 19-da baş tutacaq. 

Turnirdə Azərbaycanın 17, Gürcüstanın 2, Pakistanın isə 1 idmançısı iştirak edəcək. Döyüşlər 7 çəki dərəcəsində 3 raund 3 dəqiqə olmaqla hər bir döyüş əsas final mərhələdən ibarət olacaq. 


01:47 19.08.2017