KANAL24.AZ
Az Iw En Ru

Avropa Oyunlarının məşəli Göyçaya gətirilib

Bu gün Göyçayda on minlərlə rayon sakini küçələrə çıxaraq birinci Avropa Oyunlarının məşəl estafetinin iştirakçılarını qarşılayıb.

Mehdi Hüseynzadə küçəsində quraşdırılan Bakı-2015 Avropa Oyunlarının rəmzi qapısında məşəli idmançı Ramil Əliyev qəbul edib. Sonra yürüşə start verildi. İdmançılar məşəli bir-birinə ötürərək Mehdi Hüseynzadə, Nizami küçələri və Heydər Əliyev prospekti ilə hərəkət etməklə, Heydər Əliyev Mərkəzinin qarşısına gəliblər.

Yunan-Roma güləşi üzrə Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalibi, idman ustası, Əməkdar Məşqçi Namət Şirinov səhnəyə qalxaraq məşəli alovlandırıb. Sonra taekvondo üzrə ikiqat Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalibi Fidan Babayeva birinci Avropa Oyunlarının çırağını yandırıb. Çıraq yarışlar başa çatana qədər saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təqdim edilib.


04:45 22.05.2015
Xəbər lenti
Bütün xəbərlər