KANAL24.AZ
Az Iw En Ru

Ağdaşda öldürülən sədr oğlunun qatili tutuldu

Ağdaş sakininə kəsici-deşici alətlə xəsarət yetirən şəxs tutulub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, avqustun 16-da Ağdaş rayonunun Qəribli kəndi ərazisindən kənd sakini Sahib Həsənov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.

Ağdaş rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən həmkəndlisi Cabir Səfxanov tutulub.

Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.


23:37 17.08.2017
Xəbər lenti
Bütün xəbərlər