KANAL24.AZ
Az Iw En Ru

Qızıl mədəni bağlandı: Yüzlərlə azərbaycanlı işsiz qaldı

Qərbi Azərbaycanın Tinatəpə məntəqəsində yerləşən Zərşuran qızıl mədəninin bağlanması ilə 120 fəhlə işsiz qalıb.

 “İmidru” şirkətinin nəzarətində olan Zərşuran mədəninin bağlanmasına görə Tikantəpə Şəhsəvarının mədən yollarını genişləndirən şirkəti məsuliyyət daşıyır.

“Zərşuran mədəni bağlandıqdan sonra dövlətin nəzarətində olan qızıl fabrikinin də gələcək taleyi sual altındadır. Həmin sənaye müəssisəsinin işçiləri də işsiz qalacaqlarından nigarandılar”, - işçilər bildirib.

Məsələ ilə bağlı açıqlama verən Qərbi Azərbaycan Kooperasiya, Əmək və İctimai Rifah İdarəsi Zərşuran mədəninin fəhlələrinin problemini diqqətdə saxladıqlarını bildirib.

İdarədən bildirilib ki, mədən podratçının (peymankar) öhdəliyini yerinə yetirmədiyi və sahibkarın haqqını ödəmədiyi üçün əsas sahibkar tərəfindən bağlı olan olunub.

Qeyd edək ki, mədəndə çalışanların 51 faizi yerli əhali, 40 faizi isə ətraf kəndlərin sakinləridir.


22:13 17.08.2017