KANAL24.AZ
Az Iw En Ru

“Facebook”un mobil versiyasının dizaynı dəyişir

“Facebook” özünün smartfonlar üçün mobil əlavəsinin dizaynında dəyişiklik etməyə hazırlaşır.  

Avatarların kənarlarının dairəvi formaya salınması, xidmətin daha sadə naviqasiya ilə təchiz edilməsi və ikonların ölçüsünün böyüdülməsi gözlənilir.

Bundan başqa, çox güman ki, şərh hissəsi genişləndiriləcək və şərhlərdən hansının birbaşa statusa aid olduğunu, hansının isə digər ziyarətçinin şərhinə replika olduğunu müəyyən etmək asanlaşacaq.

“Facebook” mobil əlavəsinin istifadəçiləri yenilənmiş dizaynla bir neçə gündən sonra tanış ola biləcəklər.


19:55 17.08.2017
Xəbər lenti
Bütün xəbərlər