KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan-İsrail: Hərbi əməkdaşlıq düşməni qorxuya salıb

“İsrailin bəzi mətbuat orqanlarında Azərbaycan əleyhinə, xüsusilə iki ölkənin hərbi əməkdaşlığını hədəfə alan məqalələrin dərc olunması, ABŞ-da fəaliyyət göstərən erməni lobbisinin fəaliyyətinin nəticəsidir. Təl-Əvivlə Bakı arasında siyasi-hərbi əlaqələr iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunun göstəricisidir. Həmçinin, bu əməkdaşlıq iki ölkə arasında ticari-iqtisadi inkişafa söykənir”.

Bunu açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini, siyasi-şərhçi Məhəmməd Əsədullazadə deyib. 

M.Əsədullazadə əlavə edib ki, İsrail Azərbaycanı müasir hərbi texnikalarla təchiz edir və birgə istehsalında kömək edir: 

“Aprel hərbi eskalasiyasında, məhz İsrail istehsallı kamikadze dronların və digər silahların tətbiqi nəticəsində ermənilər ciddi itkilər verərək, panikaya düşmüşdü. Hazırda Ermənistan siyasi-hərbi rəhbərliyi və xaricdə "erməni lobbisi" çalışır ki, Bakı və Təl-Əviv əlaqlərinə kölgə salsın və İsrailin silah ticarətində Azərbaycanla əlaqlərinə zərbə vurulsun. Xüsusi olaraq, bu istiqamətdə ABŞ-da "erməni lobbisi" burada "Yəhudi lobbisi" ilə mümkün danışıqlara getmək üçün əlaqələri işə salıb. Maksimum çalışılır ki, Yəhudi dövləti ilə Azərbaycan arasında konforantasiya yaşansın. Ermənistan siyasi-hərbi rəhbərliyi ABŞ-ın diqqətini çəkmək üçün Gürcüstanda NATO-nun tədbirlərinə qatıldı. Qeyd edim ki, Ermənistanın "Layiqli tərəfdaş-2012" kod adlı NATO təlimlərində iştirakı, bir başa okeanın otayından "lobbinin" göstərşidir. Ermənistan həm Kremldən, həmçinin ABŞ-da "lobbi" tərəfindən idarə olunur. Ermənistanın bu reveransları təbii ki, regionda ABŞ-ın ciddi dəstəyini almağa hesablanıb. ABŞ-la Rusiya arasında yaşanan siyasi savaşda, Rusiyanın strateji müttəfiqi olan Ermənistanın manevrləri, ABŞ-ın mümkün təzyiqlərindən qorunmaq və Qərblə dialoq və tərəfdaşlıq görüntüsü yaratmaqdır”.

Ekspert Ermənistanı narahat edən məsələnin İsrail-Azərbaycan hərbi əməkdaşlığına qarşı aparılan kampaniyanın çox ciddi olmasıdır: 

“Onlar sona qədər bu istiqamətdə çalışacaqlar ki, vəziyyət böhranlaşsın. Azərbaycan rəsmiləri çalışmalıdır ki, İsraillə əlaqələr yüksək səviyyədə saxlanılsın, hərbi əməkdaşlıq yüksək səviyyədə təşkil olunsun. Həmçinin İsraildə Azərbaycanın səfirliyi açılsın”.


19:28 17.08.2017
Xəbər lenti
Bütün xəbərlər