KANAL24.AZ
Az Iw En Ru

Nazirlər Kabineti Talassemiya Mərkəzi ilə bağlı qərar qəbul etdi

Nazirlər Kabineti  Səhiyyə Nazirliyinin Respublika Talassemiya Mərkəzi haqqında qərar qəbul edib.

Nazirlər Kabinetindən verilən xəbərə görə, yeni qərara əsasən, Respublika Talassemiya Mərkəzinin saxlanılması xərcləri 2018-ci ildən etibarən dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində ayrıca sətirlə nəzərdə tutulacaq.

Qərar Səhiyyə Nazirliyinin Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq qəbul edilib. Yeni qərar  2018-ci il yanvarın 1-dən qüvvəyə minəcək.


18:32 17.08.2017