KANAL24.AZ
Az Iw En Ru

Şəmkirdə çəkilən yeni yoldan 10 minə yaxın əhali istifadə edəcək

Şəmkirdə son dövrlərdə təkcə rayon mərkəzində deyil, kənd və qəsəbələrdə də avtomobil yolları yenidən qurulur. Bir müddət əvvəl inşasına başlanan Yeni Göyçə, Çaykənd, Dağ Cəyir kəndlərini rayon mərkəzi ilə birləşdirən magistral yolda təmir işləri başa çatmaq üzrədir.

“Azəravtoyol” ASC-nin 25 saylı Yol İstismar MMC-nin direktoru İman Aslanov bildirib ki, 32 kilometr uzunluğu olan yolun təmir-bərpa işləri yekunlaşıb. Yolun 7 kilometr məsafəsi 4-cü texniki dərəcədən 3-cü texniki dərəcəyə keçirilib. Qalan 24 kilometr məsafədə isə 4-cü texniki dərəcədə işlər aparılıb. Yeni çəkilən yoldan 10 minə yaxın əhali istifadə edəcək.


18:18 17.08.2017