KANAL24.AZ
Az Iw En Ru

Bundan dəhşətli adrenalin təsəvvür edə bilməzsiniz - FOTO

Bu hoteldə qalmaq cəsarət istəyir.

Kanal24 xarici mətbuata istinadən xəbər verir ki, Peru dağlarındakı şüşə hotel görənləri dəhşətə gətirir, adrenalin həvəskarlarını özünə cəlb edir. Hoteli digərlərindən fərqləndirən əsas xüsusiyyət ölkənin mühüm turizm bölgəsi olan Müqəddəs Vadidə yerləşməsidir. Hotel nömrələri isə uçurum qayalarının üzərində inşa edilib. Otaqlar şüşə materialla örtülüb. Xüsusilə alpinistlərin istifadə etdiyi hoteldə qonaqlar üçün hər ehtiyac düşünülüb.

Yeni günə uçurumun kənarında salam demək...

Buraya adətən adrenalin həvəskarları üz tutur. Odur ki, ziyarətçilərin sayı az olur. Yeri gəlmişkən qeyd eədk ki, qonaqlar səhəri şüşə ilə örtülü otaqlarında uçuruma baxaraq qarşılayır.

Hotelə qalmağa gələn cütlüklərin instaqramda paylaşdığı romantik xörəklərinin şəkilləri xüsusi diqqət çəkir.


20:25 16.08.2017
Xəbər lenti
Bütün xəbərlər