KANAL24.AZ
Az Iw En Ru

Magistraturanın boş qalan yerlərinə qəbul olunanların siyahısı dərc edildi

Dövlət İmtahan Mərkəzi (DİM) "Magistr" jurnalının 7-ci nömrəsini nəşr edib.

DİM-dən verilən məlumata görə, jurnalda 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə qəbulun nəticələri dərc olunub.

Jurnalda həmçinin ixtisaslaşmalar üzrə minimal keçid balları və dövlət sifarişli yerlər üzrə müsabiqə nəticəsində alınan keçid balları təqdim olunub.

Jurnalı Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanlarında yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.


20:04 16.08.2017