KANAL24.AZ
Az Iw En Ru

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Şamaxıda vətəndaşları qəbul edib

Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən 2017-ci ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov avqustun 16-da Şamaxıda 4 rayondan - Şamaxı, Qobustan, Ağsu və İsmayıllıdan olan vətəndaşları qəbul edib.

General-leytenant Arzu Rəhimov və rayon icra hakimiyyətinin başçısı Asif Ağayev qəbuldan öncə Şamaxının mərkəzində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyulub, xatirəsini ehtiramla yad ediblər.

Heydər Əliyev Mərkəzində keçirilən qəbulda 25 vətəndaşın müraciətinə baxılıb. Müraciətlər əsasən mülki işə və hərbi xidmətə qəbul, vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılan övladlarının ailə vəziyyətləri ilə əlaqədar yaşadıqları əraziyə yaxın hərbi hissələrdə xidmət keçmələrinə kömək göstərilməsi və digər məsələlərlə bağlı olub.

Müraciətlərin bir çoxu yerindəcə həllini tapıb. Araşdırılmasına ehtiyac olan müraciətlər isə nəzarətə götürülüb. Bir sıra müraciətlərlə əlaqədar qanunvericiliyin müvafiq tələbləri vətəndaşlara hərtərəfli izah edilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlərin aidiyyəti qurumlara çatdırılması və baxılması üçün qeydiyyatı aparılıb.


18:42 16.08.2017
Xəbər lenti
Bütün xəbərlər