KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanda yol hərəkəti qaydalarını pozanlar artdı

2017-ci ilin yanvar-iyun aylarında Azərbaycanda yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,1 faiz artaraq 1555,4 min olub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, xətaların 51,1 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması (ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,5 faiz çox), 11,1 faizi dayanma və ya durma qaydalarının pozulması (3 faiz çox), 10,4 faizi işıqforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi (30,3 faiz çox), 9,5 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi (83,0 faiz çox), 3,7 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması (9,4 faiz az), qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb.

Qaydaların pozulmasına görə 30,3 milyon manat məbləğində cərimələr tətbiq edilib.


18:18 16.08.2017