KANAL24.AZ
Az Iw En Ru

Bakıda dünya şöhrətli cərrahın vəfatının ildönümü qeyd edilib - FOTO

Bu gün Bakıda ikinci fəxri xiyabanda Azərbaycanlı cərrah-alim, İranda ilk dəfə açıq ürək əməliyyatını gerçəkləşdirən, Beynəlxalq Cərrahlar Cəmiyyətinin idarə heyətinin və Paris Cərrahlar Akademiyasının üzvü, "Varlıq" dərgisinın təsisçisi, türkologiyaya aid yeddi cildlik kitabın müəllifi, Azərbaycanın müxtəlif universitetlərinin fəxri doktoru və professoru, Türk Dil Qurumunun fəxri sədri, eləcə də İstanbul Universitetinin fəxri doktoru, özünü millətinə həsr edən vətən sevdalısı Cavad Heyətin vəfatının 3-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdən öncə Cavad Heyətin yaxınları, yazıçılar və dostları onun məzarı önündə ucaldılan abidəsinə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad etdilər.

Tədbir dahi şəxsiyyətin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Daha sonra Cavad Heyətin davamçısı Zolfi Baxşəli giriş nitqi ilə çıxış edərək Cavad Heyətin tibb sahəsində zəngin və çoxşaxəli səmərəli fəaliyyətindən, qazandığı nailiyyətlərdən və Azərbaycan ədəbiyyatı tarixi, türk xalqlarının keçmişi, milli folklor və eləcə də islamşünaslığa dair tədqiqatlar istiqamətində yorulmaz fəaliyyətindən bəhs edib.

AMEA-nın Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Əkrəm Rəhimli isə çıxışında Cavad Heyətin misilsiz xidmətlərindən danışıb və dahi şəxsiyyətin əziz xatirəsinin Azərbaycan xalqının qəlbində daim yaşayacağını bildirib.

23:36 15.08.2017
Xəbər lenti
Bütün xəbərlər