KANAL24.AZ
Az Iw En Ru

Mərkəzi Bank 445 milyon manat cəlb edib

Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələrini açıqlayıb.

 
Kanal24 Mərkəzi Banka istinadən xəbər verir ki, bu gün keçirilən depozit hərracında tələb 444,7 mln. manat olub. Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 10,01% təşkil edib.

Qeyd edək ki, cari ilin 6 ayında Mərkəzi Bank milli valyutada sərbəst vəsaitlərin cəlb olunması üzrə 34 depozit hərracı keçirib. Depozit hərraclarında tələb təklifi 19 dəfə üstələyib.  Bu da bank sistemində izafi likvidliyin mövcud olduğunu göstərir.


20:37 14.08.2017
Xəbər lenti
Bütün xəbərlər