KANAL24.AZ
Az Iw En Ru

10 min kişi eyni vaxtda rəqs etdi - VİDEO - FOTO

İndoneziyanın Açex vilayətində yeni dünya rekordu qeydə alınıb.

Kanal24 AsiaOne-a istinadən bildirir ki, dünən vilayətin Qayo-Lus şəhərindki ən böyük meydanına toplaşan 10 min kişi eyni vaxtda "Saman" rəqsini ifa etməyə başlayıblar.

Rəqqasların hamısı açeşni tayfasının mənsubları idilər.

"Saman" rəqsi İndoneziyada ən populyar rəqslərdən biridir.

Bu rəqs zamanı diz çökmüş vəziyyətdə olan rəqqas yerində yırğalanır, sonra əl çalır, əllərini növbə ilə sağ və sol çiyinlərinə vurur.

"Saman" və ya "Min əl rəqsi"inin belə rekord sayda şəxs tərəfindən ifa olunmasında məqsəd şəriət qaydaları ilə idarə olunan Açex vilayətinə turistlərir cəlb etməkdir.

 

Açex vilayəti Yava adasının şimalında yerləşir.

 

10 min kişi eyni vaxtda rəqs etdi


20:11 14.08.2017
Xəbər lenti
Bütün xəbərlər