KANAL24.AZ
Az Iw En Ru

Paulinyo “Barselona”da

Braziliya milli komandasının və Çinin “Qunaçjou Everqrand” klubunun futbolçusu Paulinyo karyerasını İspaniya “Barselona”sında davam etdirəcək.

29 yaşlı yarımmüdafiəçi avqustun 17-də Kataloniya təmsilçisi ilə müqavilə bağlayacaq.

Məlumatı Çin komandasının baş məşqçisi Luis Felipe Skolari də təsdiqləyib.

“Barselona”nın Paulinyo üçün “Qunaçjou Everqrand”a 40 milyon avro ödəyəcəyi bildirilir.

Qeyd edək ki, 2013-2015-ci illərdə İngiltərənin “Tottenhem” klubunda çıxış etmiş Paulinyo Çinə 17 milyon avro qarşılığında yollanıb. O, “Qunaçjou Everqrand”ın heyətində 54 oyuna 14 qol vurub


19:51 14.08.2017