KANAL24.AZ
Az Iw En Ru

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Belçika yığması ilə qarşılaşıb

Sloveniyada təlim-məşq toplanışında olan qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası növbəti yoxlama oyununu keçirib.

Baş məşqçi Faiq Qarayevin yetirmələri ikinci matçda Belçika yığması ilə qarşılaşıblar.

Oyunda millimiz 1:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, Avropa çempionatına hazırlaşan millimiz Sloveniya ilə yoxlama oyununu heç-heçə (2:2) başa vurmuşdu.


18:57 14.08.2017
Xəbər lenti
Bütün xəbərlər