KANAL24.AZ
Az Iw En Ru

Heydər Əliyev Mərkəzində Ədalət Şükürovun solo konserti olub - FOTO

Heydər Əliyev Mərkəzinin parkında Azərbaycanın əməkdar artisti Ədalət Şükürovun solo konserti olub.

Heydər Əliyev Mərkəzinin parkında bu yay mövsümündə ənənəvi olaraq təşkil edilən istirahət proqramları çərçivəsində şəhər sakinləri və qonaqlar ötən bazar günü axşamı Ə.Şükürovun repertuarından müxtəlif mahnıların sədaları altında dincəliblər.

İki saata yaxın davam edən konsert proqramında Ə.Şükürov "Nə yaxşı ki, yanımdasan sən" yeni mahnısını da Mərkəzin parkında dincələnlərə təqdim edib. Müğənni konsertə toplaşan yüzlərlə tamaşaçı ilə həm də özünün ən böyük selfisini çəkdirib.

Beləliklə, isti yay günləri Mərkəzin parkında daha bir həftəsonu proqramı ilə başa çatıb.

 

Növbəti tədbirlər barədə məlumatları Mərkəzin "Facebook" və "Instagram" (@heydaraliyevcenter) səhifələrindən izləyə bilərsiniz.

Mərkəzin parkındakı həftəsonu tədbirlərinə giriş sərbəstdir.


18:52 14.08.2017
Xəbər lenti
Bütün xəbərlər