KANAL24.AZ
Az Iw En Ru

Bütün çox kitab oxuyan insanları birləşdirən 10 xüsusiyyət

Kiçik yaşlardan etibarən bizə çox kitab oxumağın uğurun əsas təməl hissəsi olduğu aşılanır. Bəlkə də hər oxuyan uğur qazanmaya bilər, amma uğur qazanan insanların böyük çoxluğu məhz çox kitab oxuyanlardır. Onları birləşdirən bəzi xüsusiyyətlər isə mütləq vardır. Biz də bu gün çox kitab oxuyan insanlara xas 10 xüsusiyyəti sizə təqdim edirik. Sizdə də bu xüsusiyyətlər varsa, təbrik edirik, doğru yoldasınız.

1. Diqqətlərini toplamaq qabiliyyətləri yüksəkdir.

Onlar diqqətləri toplamağı çox əla bacarırlar. Bəzən yanlarında baş verənlərdən xəbəri olmayacaq dərəcədə oxuduqları kitaba yüklənir və onları həmin dünyadan çıxarmaq olduqca çətin məsələyə çevrilir.

2. Hədəflərini müəyyən edirlər.

Yaxşı oxucu əlinə yeni kitab keçən kimi özü üçün hədəf müəyyən edir. Bir başqa fəaliyyətə keçmədən əvvəl müəyyən sayda səhifə oxuyur və ya konsept beyinlərində aydınlığa çatana qədər oxumağa davam edirlər. Uğur qazanmaq üçün də hədəfi müəyyən etmək vərdişi olduqca vacibdir.

3. Zamanlarını ağıllı xərcləyirlər.

Başqa işlərə bəlkə də vaxt tapmaya bilərlər, lakin onlar oxumaq üçün hər zaman vaxt tapmağı bacarırlar. Oxuyaraq keçirdikləri zaman onlar üçün dəyərlidir və bu vərdiş uğur qazanmaqda da onlara kömək olur. Zamanın dəyərini bilmək uğura aparan yolda addımlamaq deməkdir.

4. Uzaqgörəndirlər.

Müxtəlif əsərlər, müxtəlif qəhrəmanlar – hərəsi bir təcrübədir. Bu da çox kitab oxuyan insanlarda müdriklik və uzaqgörənlik kimi xüsusiyyətlərin yaranmasında böyük rol oynayır. Onlar oxuduqları hər şeydən dərs çıxarır və sanki özləri yaşayıbmış kimi eyni səhvləri təkrarlamamağa çalışırlar. Hadisələr baş verməmiş onlar haqqında müəyyən fikrə sahib olmaları isə hər zaman köməkləri olur.

5. Müdrikdirlər.

Oxumağı sevən insanlar oxuduqlarını yansıtmağı da bacarırlar. Hadisələrə baxış bucaqları dəyişdikcə, heç kəsin görmədikləri şeyləri də görə bilir və bunu yansıtmağa da başlaya bilirlər. Məhsuldar oxumaq kitabdakı sözlərə baxmaq deyil, onların alt mənalarını da anlamağı tələb edir. Bir kitabda təqdim olunan fikirlərin insanın həyatını nə qədər dəyişə biləcəyindən əsl kitab qurdları xəbərdardır.

6. Yazı və nitq bacarıqları yüksək inkişaf edib.

Tarixdə mövcud olmuş bütün böyük mütəffəkkirlər yaxşı oxucular olublar. Uğurlu insanın ən vacib xüsusiyyəti olan danışıq qabiliyyəti məhz kitablar sayəsində inkişaf edir. Çox kitab oxuyan insanların yaxşı yazı qabiliyyətləri olur, yazarkən yox dərəcəsində səhv edirlər.

7. Güclü yaddaşları var.

Oxucu beyninin nə qədər güclü olduğunu bilir. Beyin az qala sərhədsiz imkanlara malikdir. Nə qədər çox oxusanız və öyrənsəniz, bu bilikləri qorumaq da o qədər asanlaşır. Uğur qazanmaq istəyən insanlar isə ömürlərinin sonuna qədər oxumağa davam edirlər.

8. Gümrah qalmağı bacarırlar.

Kitab qurdları beynin də mütləq məşqə ehtiyacı olduğunu yaxşı anlayırlar. Gümrah qalmaq üçün idman etmək lazım olduğu kimi, hər gün kitab oxumaq da beyni gümrah tutur. Hətta uğur qazanan insanlar beyinlərini gündəlik məşqlər də müəyyən edirlər. Bunlara müxtəlif məntiq oyunları, bilməcələr, şahmat və sair kimi şeylər daxildir. Çətinliklərin öhdəsindən gəlməklə beyinlərinin gücünü və potesialını birə-beş artırırlar.

9. Savadlı və dünyagörüşlüdürlər.

Zamanlarını öyrənməklə keçirən insanlar yüksəlməkdə çətinlik çəkmirlər. Əllərinə hər kitab aldıqlarında tək məqsədləri onu tamamlamaq deyil, həmin kitabdan yeni bir şey öyrənməkdir. Bu öyrəndikləri isə həyatları boyu müxtəlif situasiyalarda onların köməyinə gəlir.

10.Rahatlaşmaq üçün oxuyurlar.

Hər kəsin rahatlaşmaq və istirahət etməyə ehtiyacı var. Kitab qurdları isə bu istirahəti məhz kitab oxuyaraq keçirirlər. Onlar nə oxusalar da, bunun adi bir tv proqramdan daha faydalı olduğunu bilirlər və oxuyaraq rahatlaşırlar.


06:49 14.08.2017
Xəbər lenti
Bütün xəbərlər