KANAL24.AZ
Az Iw En Ru

60 yaşından sonra həyatlarını büsbütün dəyişib hər kəsi HEYRƏTLƏNDİRƏN QADINLAR - FOTO

Bu qadınlar hər kəsin onları "yaşlı" hesab etdiyi məqamda həyatlarını dəyişdilər. Onlara tanıdıqları və tanımadıqları insanların çəpəki baxışları, qınaqları mane olmadı. Bu qadınların hər biri öz uğurlarına doğru sürətli sıçrayış etdilər.

Kanal24 60 yaşından sonra öz arzularını yerinə yetirən, hətta bir az da artığına nail olan 8 qadını təqdim edir.

Anna Meri Mozes 76 yaşında rəsm əsərləri çəkməyə başlayıb

Anna çətin həyat yaşamışdı və təsəvvür edə bilməzdi ki, hər şey başqa cür ola bilər. Əvvəlcə, o, başqalarının fermalarında çalışırdı. Ev təsərrüfatının idarəetməsi oğluna keçəndən sonra, qadının boş vaxtı çoxalır və Anna Meri 76 yaşında əlinə fırça götürür.

Əvvəlcə onun rəsmləri uşaq kimi parlaq və sadəlövh idi, onları yalnız dostlarına və tanışlarına bağışlayırdı. Amma Annanın əsərlərindən birini aptekin pəncərəsində görən mühəndis Luis Kaldor adlı şəxs onun bütün hazır işlərini alır və söz verir ki, o məşhur olacaq. Beləliklə, 1940-ci ildə Anna Meri Mozesin ilk sərgisi açılır. Bu vaxt Annanın artıq 80 yaşı var idi. Öz yüzillik yubileyi günü isə nənə Mozes onu müalicə edən həkimin qoluna girərək rəqs edir. Anna Meri Mozes 101 yaşında vəfat edir və tarix üçün 1500 əsər qoyur.

İnqeborqa Moots 70 yaşından sonra birjada oynamağa qərar verir

İnqeborqa Moots birja üzvü olaraq böyük şöhrət qazanır. O, 8 il ərzində yarım milyon avro qazana bilir.

İnqeborqa çox kasıb, çoxuşaqlı ailədə dünyaya göz açıb və ərə gedəndən sonra məlum oldu ki, heç ərini də səxavətli adlandırmaq olmaz. Onun artıq 70 yaşı olanda həyat yoldaşına bildirir ki, qiymətli kağızlarla ticarət sahəsində özünü sınamaq niyyətindədir. Ərindən heç bir dəstək almır, lakin ərinin ölümündən sonra onun səhmləri qadının əlinə keçir.

İlkin kapital əldə edəndən sonra o, yeni fəaliyyət növünü mənimsəməyə atıldı. İnqeborqa özünün bütün əməliyyatlarını dəftərə yazırdı, ilk noutbukunu isə yalnız 90 yaşında aldı. Bugün İnqeborqa nənəni milyonçu adlandırırlar və fond bazarını fəth etmək üçün onun təcrübəsini öyrənirlər.

Dorin Peşi 71 yaşında balerina oldu

Sadə elektrik mühəndisi işləyən Dorin ömrü boyu balet haqqında xəyal qurub. 71 yaşında kifayət qədər uğurla imtahan verərək nüfuzlu Britaniya rəqs məktəbinə daxil olur. İndi o, balet studiyasında həftədə üç dəfə məşğul olur.

Royal Academy of Dance-a daxil olduqdan sonra onu Britaniyanın ən yaşlı balerinası kimi tanımağa başlayırlar. Dorin üçün əsas olan odur ki, onun uşaqlıq arzusu həyata keçdi və o, günbəgün baletin sehrli dünyasına yenidən yüklənir.

Key D`Arsi 69 yaşında tibb bacısı sənətini aktrisa sənətinə dəyişdi

O, adi tibb bacısı işləyirdi, amma aktrisalıq arzusu, aktrisa şan-şöhrəti onu rahat buraxmırdı. 69 yaşında o, nəhayət, qərara gəldi ki, bu onun son şansıdır. Və doğmalarının onu "ağıllandırmaq" üçün bütün cəhdlərini diqqətdən kənarda qoydu. Key D`Arsi Los-Ancelesə gedir, aktyorlar məktəbinin şagirdi olur və paralel olaraq epizodik kastinqlərdə iştirak edir.

Nəticədə o, 79 yaşında serialda məğlubedilməz və amansız Agent-88 baş rolunu ifa etməyə müyəssər olur və tamaşaçıların çoxsaylı rəğbətini qazanır.

Rut Flauers 68 yaşında DJ oldu

58 yaşı olanda xanımın sevimli əri dünyasını dəyişir və o, pedaqoji fəaliyyətlə məşğul olmağa başlayır. Rut tələbələrə Çarlz Dikkensin yaradıcılığı haqqında danışır və musiqi dərsləri verirdi. Nəvəsinin ad günündən sonra gecə klubunda qərara gəlir ki, o, DJ olmalıdır.

İki il elektron musiqini və sənətin incəliklərini öyrənməyə çalışır. Kann şəhərindəki tədbirdən sonra xeyli məşhurlaşır və onu ən yaxşı gecə klublarına dəvət edirlər. Rut öz populyarlığından həzz alırdı.

O, 83 yaşında vəfat edib və dünyaya sübut edib ki, yaşlı insanlar sadəcə nəvələri üçün piroq bişirməyə deyil, həm də çoxsaylı kütləyə xitab edə bilər.

Telma Rivs 80 yaşında öz xüsusi saytını yaradır və öz yaşıdlarına həyatdan zövq almağın yollarını öyrədir

Adi təqaüdçü Telma Rivs hesab edir ki, təqaüd yaşında həyat bitmir. Əksinə, qarşıda hələ çoxlu yeni təəssüratlar və kəşflər var. O web-dizayn sənətinin sirrlərinə yiyələnir, 60-dan çox yaşı olanların təəssüratlarını bölüşmək üçün lazım olan saytı yaradır.

Üstəlik, Telma rəfiqəsinin həmmüəllifi ilə birgə "Yeni yetkin yaş" adlı kitab da yazır.

Nina Mironova 64 yaşında professional yoqa müəllimi oldu

Artıq 50 yaşı tamam olanda Nina Mironova ongünlük seminara qoşulur və bu, onun həyatını tamamilə dəyişir. Məmurluqdan xoşbəxt qadına qədər mürəkkəb yol keçən Nina düşünür ki, həyat fəlsəfəsini digərlərinə də öyrətməyə borcludur.

64 yaşında o, bütün lazımi imtahanları verib yoqa müəllimi sertifikatını alır. Bu zaman Nina, yoqanın nəinki nəzəriyyəsini, həm də ən mürəkkəb hərəkətləri belə qüsursuz yerinə yetirməyi öyrənir.

Lin Sleyter 60 yaşında bloger və model oldu

Lin Sleyter sosiologiya professoru idi, 60 yaşında isə öz moda və gözəllik haqqında bloqunu aparmağa başlayır.

Lin Sleyteri moda nümayişləri və fotosessiyalara dəvət etməyə başlayırlar. İndi onun bloqunun 100 mindən artıq abunəçisi var. (publika.az)

 

21:27 13.08.2017