KANAL24.AZ
Az Iw En Ru

Səkkizayaqlı ilbizlərin DNT-si bu dünyaya aid deyil

Dünya alimlərin apardığı son araşdırmalar səkkizayaqlı ilbizlərin DNT-sinin bu dünyaya aid olmadığını ortaya çıxarıb. 
 
Tutankhamunun xəncərinin dünyadan kənar materiallar istifadə edilərək hazırlandığını sizlərə məlumat vermişdik. İndi oxşar bir vəziyyət səkkizayaqlı ilbiz ilə bağlıdır. Olduqca inkişaf etmiş beyinləri və mükəmməl səviyyədə problem həll etmə bacarıqları onurğasız heyvanların ən xarizmatik üzvləri olan səkkizayaqlı ilbizlərin genlərinin düzülüşünün digər heyvanlardan fərqli olduğunu ortaya çıxarıb.
 
33 min zülal kodlayan gen ilə daha əvvəl heç görülməmiş bir quruluşda genə sahib olduğu ortaya çıxan səkkizayaqlı ilbizlə bağlı Çikaqo Universitetindən Doktor Clifton Ragsdale bunları deyib: "Bu vaxta qədər aparılan tədqiqatlar 8 qola sahib olan bu canlıların yer üzərində yaşayan bütün heyvanlardan fərqli quruluşda olduğunu ortaya çıxardı. Səkkizayaqlı ilbizlər müdhiş böyüklükdə bir beyinə və qeyri-adi problem həll etmə qabiliyyətinə malikdirlər".
 
Tədqiqatçılara görə, səkkizayaqlı ilbizin genomu tullanan gen adlanan transpozon düzülüşünə malikdir. Özünü gen içində təkrar tənzimləyə bilən transpozonun səkkizayaqlı ilbizlər üzərində nə kimi bir təsir yaratdığı hələ dəqiq bilinməsə də sinir toxumalarında yüksək səviyyədə olduğu müəyyən edilib.
 
Yenə Çikaqo Universitetindən Karolin Albert "Bir neçə dəyər fərqindən başqa, səkkizayaqlı ilbizin geninin yenidən bərpa olunmuş bir onurğasızın genini xatırlatdığı görünür. Bunu genomu blenderə qoyub qarışdırmaq kimi düşünə bilərsiniz. Bu da genlərin fərqli bir mühitdə yer almalarına səbəb olur ki, bu heç gözlədiyimiz şey deyildi" deyib.

 


19:40 13.08.2017