KANAL24.AZ
Az Iw En Ru

"Cənnət-cəhənnəm" meyvəsinə QADAĞA!

Malayziya, Tayland və Vyetnamda yetişən "Cənnət-cəhənnəm" meyvəsi ilə otellərə giriş qadağan olunub.

Buna səbəb 40 metr hündürlüyə malik ağaclarda yetişən meyvənin qabığının kəskin qoxmasıdır. Sinqapurda da əldə və ya çantada "Cənnət-cəhənnəm" meyvəsi ilə metro, taksi və ya avtobusa minmək qadağan edilib.

Meyvənin adında cənnət anlayışının olması isə onun çox ləzzətli olması ilə bağlıdır. "Meyvələrin kralı" da adlandırılan təamın xarici ölkələrə aparılması da qadağan edilib.

30 növə malik olsa da, onun yalnız 9-u yeməli hesab olunur. Meyvə orqanizmi C vitamini və qanla təchiz edərək, xərçəngin qarşısının alınmasında effektivdir.


19:32 13.08.2017