KANAL24.AZ
Az Iw En Ru

Ballı suyun faydaları

Səhərlər içilən bir stəkan ilıq ballı su, orqanizm üçün olduqca faydalıdır.

Hər səhər bir stəkan ballı su içərək gün ərzində yaşadığınız sağlamlıq problemlərindən xilas ola bilərsiniz.
Balın tərkibində sağlam kalori mənbəyi olan təbii şəkər vardır. Ballı su içərək digər şəkərli içkilərə nisbətən kalori istehlakını azalda bilərsiniz.
Ballı suyun nizamlı istehlakı şirniyyat ehtiyacını aradan qaldırır.
 
Həzm sisteminizi nizamlayır və yaxşılaşdırmağa kömək edir. Bununla yanaşı, qəbizlik probleminin qarşısını alır.
Bədəni toksinlərdən təmizləyir.
 
Ballı suyun içərisinə limon əlavə edərək xəstəliyə səbəb olan toksinlərə qarşı faydasını daha da artıra bilərsiniz.
Ballı su boğazı yumşaldaraq ağrını azaltmağa kömək edir.
 
Enerji verir. Halsızlıq kimi vəziyyətlərdə qəhvə yerinə ballı su içə bilərsiniz.
Səhər oyandıqda bir stəkan ballı su içərək bədəninizin daha tez ayılmasını təmin edə bilərsiniz.


03:49 13.08.2017
Xəbər lenti
Bütün xəbərlər