KANAL24.AZ
Az Iw En Ru

Qaradağ rayonu İlk Avropa Oyunlarının məşəlini qarşılamağa hazırlaşır (FOTO)

Qaradağ rayonu İlk Avropa Oyunlarının məşəlini qarşılamağa hazırlaşır. Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə aprelin 26-da alovlandırılan məşəl ölkəmizi gəzdikdən sonra Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində yerləşən Qobustan tarixi-bədii qoruğuna da gətiriləcək.

Bu məqsədlə Qaradağ Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri intensiv şəkildə davam etdirilməkdədir.

Qəsəbə ərazisindən Qobustan tarixi-bədii qoruğuna gedən yolu əhatə edən 10 km-ə yaxın ərazidə yollara və səkilərə yeni asfalt örtüyü salınır, bordyurlər qoyulur, küçə işıqları quraşdırılır, yol kənarı obyektlərin fasadları müasir tipli fasad örtüyü ilə üzlənir,yolların ətrafları abadlaşdırılır, dekorativ istinad divarları çəkilir, fərdi yaşayış evlərinin hasarları əsaslı təmir edilir və rənglənir, yeni giriş qapıları qoyulur.

Bundan başqa əhalinin asudə vaxtını səmərəli təşkil etmək üçün parklar salınır, ağaclar, kollar, güllər əkilir, süni ot örtüyü salınır, landşaft elementlərindən ibarət maraqlı kompozisiyalar yaradılır.


19:15 18.05.2015