KANAL24.AZ
Az Iw En Ru

Minskdə Azərbaycan mədəniyyət günləri keçiriləcək

Avqustun 12-də Belarusun paytaxtı Minskdə Azərbaycan mədəniyyəti günləri keçiriləcək.

Bu barədə Minsk Şəhər İcra Hakimiyyəti məlumat yayıb.

Yuxarı Şəhərdəki meydanda keçiriləcək tədbiri Minsk Şəhər İcra Hakimiyyəti və Azərbaycanın Belarusdakı səfirliyinin dəstəyi ilə “Azərbaycan İcmaları Konqresi” Beynəlxalq İctimai Birliyi təşkil edəcək.

Mədəniyyət günlərində “Qafqaz əfsanələri” və “Sarı gəlin” kollektivləri, müxtəlif musiqi müsabiqələrinin iştirakçıları çıxış edəcəklər.

Tədbirdə rəqs üzrə ustad dərsləri keçiriləcək, milli mətbəximizdən təamlar hazırlanacaq, Azərbaycan məhsullarının sərgi-satışı təşkil ediləcək.


19:12 09.08.2017