KANAL24.AZ
Az Iw En Ru

Rasim Balayevin 69 yaşı tamam olur

Bu gün xalq artisti Rasim Balayevin 69 yaşı tamam olur. 

Aktyor 1948-ci ildə Ağsu rayonunda dünyaya gəlib. 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirərərək Bakı kinostudiyasında "Ulduzlar sönmür" əsərində kiçik bir rola çəkilib. 

Daha sonra o, "Nəsimi", "Babək" və "Dədə Qorqud" filmlərindəki obrazları ilə tamaşaçıların sevgisini qazanıb. 1990-2013-cü illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi olub, Azərbaycan Dövlət Mükafatı laureatıdır. Bir sıra orden və medallarla təltif edilib.


22:30 08.08.2017
Xəbər lenti
Bütün xəbərlər