KANAL24.AZ
Az Iw En Ru

"Düşmən Azərbaycan uşağını yaralamağın bədəlini almalıdır" - Deputat

Ermənistan üçün nə beynəlxalq hüquq, nə də insanı dəyərlər mövcud deyil. Onun dinc sakinləri atəşə tutması həm ermənilərin azğınlığından, həm də zəifliyindən xəbər verir.

Bunu Milli Məclisin komitə sədrinin müavini, YAP-ın şöbə müdiri Aydın Mirzəzadə Ermənistan silahlı qüvvələrinin Tovuz rayonunun Qaralar kəndində 13 yaşlı Yusifov Ramini yaralamasına münasibətində qeyd edib.

Millət vəkilinin sözlərinə görə, onlar Azərbaycan əsgəri ilə üzbəüz gəlməkdən qorxurlar: "Düşmənin alçaqlığı cəzasız qalmamalıdır, o, Azərbaycan uşağını yaralamağın bədəlini almalıdır".

Qeyd edək ki, avqustun 7-də Ermənistan Silahlı qüvvələri Tovuz rayonunun Qaralar kəndini atəşə tutması nəticəsində 2004-cü il təvəllüdlü Yusifov Ramin Sabir oğlu yaralanıb. O, öz həyətlərində olarkən həyətə mərmi düşüb. Çoxsaylı qəlpə yarası alan Ramin Yusifov dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. O, həkimlər tərəfindən əməliyyat olunub. Raminin vəziyyətinin orta-ağır olduğu bildirilir.


19:21 08.08.2017
Xəbər lenti
Bütün xəbərlər