KANAL24.AZ
Az Iw En Ru

Ümumi orta təhsil bazasında kolleclərə qəbulun nəticələri açıqlanıb

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən (DİM) Milli.Az-a verilən məlumata görə, müsabiqənin nəticələri haqqında məlumatı, həmçinin Azercell, Bakcell və Nar nömrələrindən abituriyentin iş nömrəsini 7727 nömrəsinə göndərməklə də öyrənmək olar.

 Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar cari il avqustun 9-dan 21-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcək.

03:16 08.08.2017
Xəbər lenti
Bütün xəbərlər