KANAL24.AZ
Az Iw En Ru

Xarici valyutada depozitlərin həcmi 70 faizə yüksəlib

Cari ilin birinci yarısında manatla geniş pul kütləsi (M2) 1% azalaraq dövrün sonuna 11435.9 mln. manat təşkil edib.

Manatla pul kütləsinin (M2) strukturunda nağd pul kütləsi fiziki şəxslərin əmanətləri və hüquqi şəxslərin depozitləri fərqli dinamika nümayiş etdirib.

Belə ki, dövr ərzində nağd pul kütləsi 6.2%, fiziki şəxslərin manat əmanətləri 21.2% artıb. Hüquqi şəxslərin manat depozitləri isə 21.9% azalıb.

Manatla müddətli depozitlər dövr ərzində 16%, tələb olunanadək depozitlər isə 3.7% azalıb. Hesabat dövrü ərzində geniş pul kütləsi (M3) 0.4% artıb və dövrün sonuna 20973 mln. manat təşkil edib.

Cari ildə bank depozitlərinin dollarlaşması səviyyəsində əhəmiyyətli dəyişiklik baş verməyib. Belə ki, xarici valyutada əmanət və depozitlərin M3 pul aqreqatında xüsusi çəkisi ilin əvvəli ilə müqayisədə 0,9 faiz bəndi artaraq I yarımilliyin sonuna 45.6% təşkil edib.

Xarici valyutada depozitlərin cəmi əmanət və depozitlərdə xüsusi çəkisi isə ilin əvvəlində 64.4% təşkil etdiyi halda, yarımilliyin sonuna 67.2% olub.

Hesabat dövründə fiziki şəxslərin manatla əmanətləri 21.2% artıb, xarici valyutada əmanətləri isə 19.5% azalıb. Nəticədə, fiziki şəxslərin əmanətlərinin dollarlaşması səviyyəsi ilin əvvəlindəki 79.6%-dən 73.4%-ə enib. 


23:47 07.08.2017
Xəbər lenti
Bütün xəbərlər